15:52 / 07 Oktyabr 2021

İndiyədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

563
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsindən sonrakı dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən çəkən 5320 şəxsi özünüməşğulluq proqramına cəlb edib.

Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, onlara proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. 2000-dən çox şəxs isə aktiv məşğulluq proqramları çərçivəsində münasib işlərlə təmin edilib.

Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 534 işəgötürən qoşularaq, 2833 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə bu günədək 832 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər