Ru
22:28 / 14 Yanvar 2026

AB Ermənistanı “qara siyahı”ya saldı, Paşinyan isə təşəkkür elədi

AB Ermənistanı “qara siyahı”ya saldı, Paşinyan isə təşəkkür elədi
Eye

Bu gün bizə deyirlər: siz AB ilə yaxşı münasibətlər qurduğunuzu iddia edirsiniz, bəs niyə bu məsələni həll etməmisiniz? Bəlkə də yanaşmanız səhvdir! Əziz dostlarım, bu, standartlar məsələsidir; başa düşürsünüz, biz fərqli işləməliyik.

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Avropanın Ermənistanı “aviasiya qara siyahı"sına daxil etməsi haqda danışarkən deyib.

“Mən AB-yə minnətdaram. Problem bizdədir, Avropa Birliyində deyil. AB bizə deyir: “Dostlar, burada probleminiz var. İstəyirsiniz həll edin, istəmirsiniz etməyin, problem yoxdur, amma standartlarıma cavab verməyən bir təyyarənin yaşayış məntəqələrimin üzərindən uçmasına icazə verməyəcəyəm”. Burada narazılıq üçün heç bir səbəb yoxdur; bu, bizim qərar qəbul etməyimizə kömək edir”, - Paşinyan vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar