Ru
18:33 / 11 Avqust 2025

ABB-nin tətbiqi "dondu", bank istifadəçilərə xəbərdarlıq yolladı

ABB-nin tətbiqi "dondu", bank istifadəçilərə xəbərdarlıq yolladı
Eye

Azərbaycan Beynəlxalq Bankının (ABB) mobil tətbiqinin istifadəsində problemlər yaranıb.


Bakupost.az xəbər verir ki, tətbiqdə "donmalar" meydana gəlib və köçürmələrdə problem yaranıb.


Problem həm İOS, həm də Android əməliyyat sistemində müşahidə edilib.


Bankın məlumatında problemin Azərikard prosessinq mərkəzində yaranmış texniki çətinliklə əlaqədar olduğu bildirilir.


"Hörmətli müştəri, Azərikard prosessinq mərkəzində yaranmış texniki çətinliklə əlaqədar kart əməliyyatlarında müəyyən məhdudiyyətlər var. Hazırda problemin həlli istiqamətində işlər görülür. Təcili ödənişləriniz üçün balansınızda toplanmış keşbeklərdən istifadə edə bilərsiniz",- məluçatda qeyd olunur.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar