ABŞ Prezidenti Donald Tramp İrandan xam neft alan Çin neft şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi düşündüyünü bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. Amerika liderinin sözlərini sitat gətirib.
Tramp Çin şirkətlərinin İran neftini almasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını Prezident Si Cinpinlə müzakirə etdiyini və yaxın gələcəkdə bununla bağlı qərar verəcəyini qeyd edib.