Ru
07:58 / 20 Fevral 2026

ABŞ-də naməlum uçan obyektlər - Yadplanetlilər barədə məxfi məlumatlar açıqlanacaq

ABŞ-də naməlum uçan obyektlər - Yadplanetlilər barədə məxfi məlumatlar açıqlanacaq
Eye

ABŞ hökuməti yerdənkənar həyat formaları və naməlum uçan obyektlər haqqında sənədləri dərc etməyə başlayacaq.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsində məlumat verib.

"Böyük marağı nəzərə alaraq, müdafiə nazirinə və bütün müvafiq departamentlərə, agentliklərə yerdənkənar həyat formaları, naməlum anomal hadisələr və uçan obyektlərlə bağlı hökumət sənədlərinin, eləcə də bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzu ilə bağlı hər hansı digər məlumatın müəyyən edilməsi ilə yanaşı açıqlanması prosesinə başlamağı tapşıracağam", - deyə Amerika lideri yazıb.

O, əvvəllər iddia edib ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yaxınlarda yadplanetlilərin mövcud olduğunu iddia edərkən məxfi məlumatları açıqlayıb.

Xatırladaq ki, Obama 14 fevralda yerli mediaya verdiyi müsahibədə yadplanetlilərin mövcud olduğunu iddia edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar