Əksər amerikalı seçicilər ABŞ-nin Ukraynaya dəstəyini artırmasını istəyirlər.
Bakupost.az xəbər verir ki, “Fox News”un son sorğusu bunu göstərir.
Respondentlərin 39%-i Kiyevə yardımların artırılmasını, 29%-i isə azaldılmasını istəyir. Sorğuda iştirak edənlərin 31%-i ABŞ-ın səylərini yetərli hesab edir.
“Fox News”-un məlumatına görə, əhval-ruhiyyə iyul ayından bəri əsasən dəyişməz qalsa da, bu, bir il əvvəlki vəziyyətin tam əksidir. Həmin vaxt seçicilərin əksəriyyəti ABŞ-nin daha az dəstək verməli olduğunu düşünürdü. Belə ki, ötən il əhalinin 40%-i yardımın azaldılmasının, 23% artırılmasının tərəfdarı idi, 34% isə göstərilən dəstəyi yetərli hesab edirdi.
Aysel,
BakuPost