ABŞ Maliyyə Nazirliyi İran və ya ölkənin maliyyə sektoru ilə əməkdaşlığı davam etdirən xarici maliyyə qurumlarını sanksiyalarla hədələyib.
“Bakupost” xəbər verir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət Ofisi İranla bağlı “İqtisadi Təcridetmə Əməliyyatı” çərçivəsində bu qurumların əvvəlcədən xəbərdarlıq edilmədən istənilən vaxt sanksiya hədəfinə çevrilə biləcəyini bildirib.
Açıqlamada İran banklarına, eləcə də onların üçüncü ölkələrdəki filial və törəmə qurumlarına maliyyə xidmətləri göstərən xarici qurumların sanksiya riski daşıdığı qeyd olunub.
ABŞ Maliyyə Nazirliyi xarici maliyyə qurumlarını İranla bağlı bu cür fəaliyyət və əlaqələri dərhal dayandırmağa çağırıb.
Vüsalə Hüseynova,
BakuPost
Texniki-iqtisadi və Hərbi-siyasi ən qüdrətli ABŞnın yeni Ağ Ev hələ indi aydın görür ki, İran dövləti heç də ona nəinki Siyasi, texniki-hərbi heç bir sahə üzrə rəqib deyil və ola bilməz? Adi maliyyə, eləcə bir neçə mühüm sahələrin İran ətrafı, ya əlaqəli investisiya-yatırım münasibətləri ilə cəlb və cəmləmək daha faydalı, səmərəli və effektiv təsirli olar? Hansısa ötəri iddialarla Yer üzünün nəinki gəmilərini, dəniz-su boğazını, bircə ağacını, adamını, ya bircə kvadrat, ya kub metr mühitini zədələmək, məhv etmək sonu bilinməyən Cinayətdir!