Ru
17:24 / 01 Oktyabr 2026

ABŞ Donanmasından 1.2 milyar dollarlıq nəhəng sifariş: 30 yeni insansız gəmi

ABŞ Donanmasından 1.2 milyar dollarlıq nəhəng sifariş: 30 yeni insansız gəmi
Eye

ABŞ Donanması ümumi dəyəri 1.2 milyard dolları aşan 30 yeni insansız gəminin satın alınması planını təsdiqləyib.

Hərbi dəniz qüvvələrinin strateji imkanlarını gücləndirməyə hədəflənən bu layihə çərçivəsində gəmiləri Saronic, HII (Huntington Ingalls) və Galliano Marine Services (Edison Chouest) şirkətləri inşa edəcək.

“Bakupost” yerli KİV-lərə istinadən xəbər verir ki, razılaşmaya əsasən, hər bir şirkət 10 ədəd olmaqla ümumilikdə 30 gəmi istehsal edəcək və hər bir vahidin orta dəyəri təxminən 40 milyon dollar təşkil edəcək.

İlk çatdırılmaların 2027-ci ildə baş tutması gözlənilir.

İnsansız gəmilərin texniki imkanları xüsusilə diqqət çəkir. Aparılan sınaq mərhələlərində bu gəmilərdən biri komanda mərkəzindən gələn tək bir əmrlə 26 saat ərzində 360 dəniz milindən çox məsafə qət edərək yüksək güc nümayiş etdirib. Dənizin sərt və dalğalı şəraitində belə insan müdaxiləsi olmadan uzun müddət fəaliyyət göstərmək qabiliyyətinə malik bu gəmilər ABŞ donanmasının gələcək dəniz əməliyyatlarında əsas rol oynayacaq.

Bilal
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar