İran və ABŞ nümayəndələri arasında iyulun 11-də keçirilməsi gözlənilən növbəti danışıqlar raundu üçün ən ehtimal olunan məkan Pakistanın paytaxtı İslamabaddır.
"Bakupost" xəbər verir ki, bu barədə “Daun” qəzeti məlumat yayıb.
“Texniki danışıqların keçirilməsi üçün iki mümkün məkan var – Pakistanın paytaxtı İslamabad və İsveçrənin Bürgenştok şəhəri. Lakin ən real variant İslamabaddır. Danışıqların keçiriləcəyi məkanla bağlı yekun qərar hələ qəbul edilməyib. Görüşdə İranın nüvə proqramı, Tehrana qarşı tətbiq olunan sanksiyaların ləğvi və dondurulmuş aktivlərinin azad edilməsi məsələləri müzakirə olunacaq”, - məlumatda qeyd edilib.