Ru
23:23 / 27 Avqust 2026

ABŞ-nin nüvə planına Polşa belə cavab verdi

ABŞ-nin nüvə planına Polşa belə cavab verdi
Eye

Polşa öz ərazisində nüvə silahının yerləşdirilməsini istəmir.


"Bakupost" xəbər verir ki, bunu Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib.

"Xeyr. Məhz bunu çox aydın və açıq şəkildə bəyan etmək istərdim. Polşa öz ərazisində nüvə mərmilərinin olmasını istəmir", - deyə Zalevski vurğulayıb.

Nazir müavini jurnalistlərin ABŞ-nin Polşadakı gələcək hərbi varlığının nüvə potensialını əhatə edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən bu fikirləri səsləndirib.

İyun ayında Pentaqon rəhbəri Pit Heqset Polşa Müdafiə Nazirliyinin ölkə ərazisində daimi ABŞ hərbi bazasının yaradılması təklifini dəstəkləyib. "Wirtualna Polska" nəşrinin hökumətdəki mənbələrə istinadən yazdığına görə, bazanın tikintisi Varşavaya təxminən 12 milyard zlotiyə (təxminən 3.2 milyard dollar - red.) başa gələ bilər. Hazırda Polşada 10 000-ə yaxın amerikalı hərbi qulluqçu yerləşdirilib.

Polşanın keçmiş prezidenti Andjey Duda ölkəsinin "Nuclear Sharing" proqramı çərçivəsində ABŞ-nin nüvə silahını qəbul etməyə hazır olduğunu bildirmişdi. Hazırkı dövlət başçısı Karol Navrotski isə xüsusilə Rusiya amilini nəzərə alaraq ölkəsinin "silahlı münaqişə həddində" olduğunu və bu səbəbdən şəxsi nüvə silahına malik olmalı olduğunu deyib.

Lakin Polşanın xarici işlər naziri bu ideyanı rədd edərək ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olduğunu vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar