Ru
21:35 / 27 Avqust 2026

Böyük Britaniyada hava limanları kiberhücuma məruz qaldı

Böyük Britaniyada hava limanları kiberhücuma məruz qaldı
Eye

Böyük Britaniyanın üç hava limanına hakerlər tərəfindən kiberhücum edilib və nəticədə sərnişinlərin fərdi məlumatları oğurlanıb.


"Bakupost" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, kiberhücumlar İngiltərənin mərkəzində yerləşən Şərqi Midlends, eləcə də Mançester və Londonun Stansted aeroportlarına qarşı həyata keçirilib.

Telekanalın bildirdiyinə görə, cinayətkarlar sərnişinlərin "Wi-Fi" şəbəkəsinə qoşularkən və prioritet rezervasiya zamanı daxil etdikləri məlumatları ələ keçirə biliblər.

Qeyd olunur ki, baş vermiş insidentlər hava limanlarının fəaliyyətinin dayanmasına səbəb olmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar