Ru
17:42 / 20 May 2026

ABŞ və İsrail İrana hücuma hazırlaşır: Geri sayım başladı

ABŞ və İsrail İrana hücuma hazırlaşır: Geri sayım başladı
Eye

İsrail və ABŞ hərbçiləri İrana qarşı hücumların yenidən başlaması üçün birgə hazırlıqları tamamlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Məlumata görə, müvəqqəti atəşkəsdən sonra İsraildə hərbi və siyasi dairələr ən yüksək hazırlıq səviyyəsinə keçib.

“The Jerusalem Post”a danışan İsrail rəsmiləri isə ABŞ prezidenti Donald Trampın gec-tez İrana hücum əmri verəcəyini iddia edərək, əsas sualın bunun nə vaxt baş verəcəyi olduğunu vurğulayıblar. Tramp isə açıqlamasında Körfəz ölkələrinin xahişi ilə 18 mayda planlaşdırılan hücumları bir neçə gün təxirə saldığını bildirib. O, İrana yalnız məhdud zaman verdiyini, bu müddətin isə gələn həftənin əvvəlinə qədər uzadıla biləcəyini qeyd edib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar