Ru
00:37 / 31 May 2020

Açıq havada idman yarışlarına icazə verildi

5530
Bu gündən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilib.

BakuPost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib.

Qərara əsasən, xüsusi karantin rejimi çərçivəsində tərbiq edilən bu məhdudiyyət 31 may 2020-ci il saat 00:00-dan aradan qaldırılıb.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Xatırladaq ki, bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.
Şərhlər
  • Hebib hebibov

    Yəni mini stadionlarda futbol oynamaga icaze verilir?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər