Adını Asim qoyun, ölsəm əvvəlinə "R" əlavə edərsiz... - Rasim Balayevin qəribə "vəsiyyəti"
757
Nəsimi filminin ssenarisi Rasim Balayevə xəstəxanada verilir. Həmin vaxt aktyor stress keçirib, depressiyada düşübmüş. Buna görə ssenarini oxumağa həvəsi də olmur. Sitat: Mən heç ssenarini oxumadım, çünki inanmırdım ki, doğurdan da filmə çəkmək istəyirlər. Həm də xəstəliyimdən dolayı inanmırdım ki, yenidən düzələrəm... Növbəti dəfə gələndə oxumasam da, yalandan dedim oxudum. Çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət xəstəxandan çıxdım, məni məşqə dəvət etdilər. 2 ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum. Sonradan rəhmətlik Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə görüb, İsa Hüseynovla birlikdə bəyəniblər. Üz cizgilərim onların çox xoşuna gəlsə də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər. 2 aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər”. – sitatın sonu.
Bakupost.az xəbər verir ki, bu barədə TV11 Youtube kanalının Xalq artisti Rasim Balayevlə bağlı hazırladığı video-materialda bəhs olunur.
Bildirilir ki, mərkəzi komitə Nəsimi roluna başqa adamları təklif etsə də, rejissor Həsən Seyidbəyli israr edərək, hələ demək olar, heç bir rolda oynamayan Rasim Balayevin üstündə durur.
"Bu barədə aktyor deyir: “Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, mənim filmə çəkilməyimə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. O zaman o, Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədr müavini vəzifəsində çalışırdı. Həsən müəllimin filmə yeni sima gətrimək istəyini biləndə çox hirslənib. Məsuliyyətli bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki, tanınmış, səriştəli aktyorlardan biri dəvət olunsun.
Nəsiminin edam səhnəsinin çəkilişində heyət çətinlik yaşayır. Qrim və texniki baxımdan hər şey qaydasında olsa da, aktyor lazım olan ağrını hiss etdirə bilmir. Sonra ssenari müəllifi İsa Hüseynov deyir ki, Rasim Balayev əlində mismar sıxsın, ağrı üzündə də hiss olunsun. Aktyor bu zaman əlini də deşir, lakin yenə effekt alınmır. İki gün ərzində çəkiliş alınmır. Sonra aktyor sakitcə inildəməklə səhnənin öhdəsindən gəlir".