İsrail Prokurorluğu 23 yaşlı Əli Cabirə qarşı İran kəşfiyyatı adından hərəkət edən xarici agentlə əlaqə saxlamaq və İran üçün faydalı ola biləcək məlumatları ötürmək ittihamı irəli sürüb.
Bakupost.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar ayında Cabir ona 80 dollar qarşılığında tapşırıq təklif edən Teleqram istifadəçisi ilə əlaqə saxlayıb:
“İlk tapşırıq Eylatın mərkəzi avtobus stansiyasının yaxınlığındakı dairəvi yolun şəklini çəkmək olub. Daha sonra ondan İsrailin cənubundakı Ovda hava bazasının, Dəmir Qübbə sisteminin yerləşdiyi yerin və kazarmanın şəklini çəkmək istənilib”.