Ru
18:50 / 26 Mart 2026

Ağdamda minaya düşən şəxsdən xəbər var

Ağdamda minaya düşən şəxsdən xəbər var
Eye

Ağdamda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti orta ağır olaraq qalır.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Xəstəxananın həkim travmatoloqu Hafiz Əliyev qeyd edib ki, minaya düşən şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

"Ağdamın Yusifcanlı kəndi ərazisində baş verən mina partlaması hadisəsi səbəbilə 1985-ci il təvəllüdlü şəxs 26.03.2026 il tarixdə saat 14:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sol aşağı ətrafın, baldırın 1/3-nə travmatik amputasiya diaqnozu təyin olunmuş pasiyentin müalicəsini davam etdirilməsi üçün o, reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır qiymətləndirilir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar