Ru
19:58 / 26 Mart 2026

Azərbaycana təhlükəli arılar gətirilib

Azərbaycana təhlükəli arılar gətirilib
Eye

Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib.

O qeyd edib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib. İdxal edilən arıların Tropilaelaps gənəsi ilə yoluxduğu bildirilir. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə digər ölkələrə keçmə riski yüksəkdir.

"Bu gənələr arıların sürfələri ilə qidalanır, nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", – o deyib.

Qeyd olunub ki, assosiasiya tərəfindən Azərbaycana Özbəkistandan arı ailələrinin gətirilməməsi üçün çox çalışılıb.

"Özbəkistanda Tropilaelaps gənəsi çox yayılıb. Özbəkistan illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını bilib idxala qadağa qoyublar".

B. Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.

"Hazırda Özbəkistandan gələn bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb".

Qeyd edək ki, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar