2026-cı ilin oktyabr ayında ailə başçısını itirməyə görə 190 292 nəfərə pensiya və müavinət ödənilib.
"Bakupost" xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Onların 138 164 nəfəri pensiya, 52 128 nəfəri isə müavinət alıb.
Qeyd edək ki, 2026-cı ilin sentyabr ayında ailə başçısını itirməyə görə 188 775 nəfərə pensiya və müavinət ödənilib. Oktyabr ayında bu göstərici 1 517 nəfər artıb.