Ru
16:54 / 25 Yanvar 2021

Aksiya keçirən şəhid anaları nazirlikdə qəbul edildi - AÇIQLAMA

Aksiya keçirən şəhid anaları nazirlikdə qəbul edildi -  AÇIQLAMA
Eye

Bu gün övladlarının Şəhidlər Xiyabanında dəfn edilməməsinə görə etiraz aksiyası keçirən analar Müdafiə Nazirliyində qəbul edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı bildirib.

“Bu gün şəhid ailələrinin üzvləri Müdafiə Nazirliyində qəbul olunub və müraciətləri dinlənilib”, - o bildirib.

Qeyd edək ki, bir neçə saat əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin qarşısında bir neçə şəhid anası yolu bağlayaraq, etiraz aksiyası keçirib. Onlar müharibə zamanı şəhid olmuş övladlarının Şəhidlər Xiyabanında dəfn olunmamasından şikayət ediblər./Axar.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar