Şanxay Ciaotonq Universitetinin tədqiqatçıları atmosfer havasından içməli su istehsal etməyə imkan verən yeni texnologiya hazırlayıblar.
Bakupost.az xəbər verir ki, qurğu ölçüsünə görə avtobus dayanacağı ilə müqayisə oluna bilər.
Mühəndislər günəş panelləri ilə işləyən tam avtonom stansiya yaradıblar. O, 15–40°C temperaturda və 35%–99% rütubətdə fəaliyyət göstərir. Kondensasiya metodları vasitəsilə qurğu sutkada 50 litrədək su istehsal edir və heç bir infrastruktur bağlantısına ehtiyac duymur.
Bu texnologiya təbii su mənbələri məhdud olan ərazilərə yardım edə bilər, həmçinin su təchizatının qeyri-stabil olduğu hallarda ehtiyat həlli kimi istifadə oluna bilər.