Ru
11:35 / 23 Yanvar 2021

AMEA-da bu şöbələrin fəaliyyəti dayandırılacaq

1394
Elmi müəssisələrdə istifadə olunan bütün maddə, reagent, standartlar istehsalçı sertifikatı ilə və yaxud da mövcud qaydada tərkib, struktur, xassələr pasportlaşdırılacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin imzaladığı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron elm istiqamətində aparılan elmi və elmi-təşkilati işlərin müasir proqram və metodika üzrə icrası akademiyanın İnformasiya Texnologiyaları İnstitutu ilə razılaşdırılaraq həyata keçiriləcək.

Bundan başqa, elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsində elmi, elmi-texnoloji fəaliyyətin nəticəliliyi, nəticələrin yüksək reytinqli elmi jurnallarda nəşri, onlara istinadlar, sərf olunmuş vəsaitə görə gəlir, tətbiq, patent və digər göstəricilər əsas meyarlar olaraq nəzərə alınacaq.

Təsdiq olunan qərarda digər məsələ ondan ibarətdir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında illərlə davam edən, respublikanın elmi və dövlət maraqlarına cavab verməyən, heç bir tətbiq və reallaşma perspektivinə malik olmayan şöbə və laboratoriyaların fəaliyyətinin dayandırılması üçün lazımi tədbirlər həyata keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər