Ru
00:06 / 23 Oktyabr 2019

AMEA Prezidenti Akif Əlizadə istefa verib

7418
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti-akademik Akif Əlizadə istefa verib.

BakuPost-un
məlumatına görə, bu barədə Etikxeber.az-a xəbər verən məlumatlı mənbənin sözlərinə görə, A. Əlizadə artıq istefa ərizəsi yazıb.

Mənbənin sözlərinə görə, hələ bir müddət öncə A. Əlizadənin AMEA prezidentliyindən getməsi gözlənilsə də, son anda məsələ hansıs səbəbdən təxirə salınıb.


“Ancaq bu gün onun istefa verməsi xəbərini aldıq. Sabah 16:00-da isə AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək. Səsvermədə də yalnız AMEA-nın həqiqi üzvləri-akademiklər iştirak edəcək, çünki prosedur belədir”-deyə, mənbə bildirib.

AMEA-nın yeni prezidenti vəzifəsinə namizədlərə gəlincə, hələlik dəqiq namizədlər məlum olmasa da, akademiklər Nərgiz Paşayeva ilə Rasim Əliquliyevin adları hallanır.

AMEA prezidentinin seçkilərində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev və PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirakı gözlənilir.

Qeyd edək ki, A. Əlizadənin 85 yaşı var.

Həmçinin, qeyd edək ki, A. Əlizadə 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər