Ukrayna Prezident Administariyasının sabiq rəhbəri Andrey Yermak barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar verib.
Məlumata görə, sabiq məmurun 140 milyon qrivna girov qarşılığında azadlığa buraxılması imkanı nəzərdə tutulub.
Xatırladaq ki, mayın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (SAP) Yermakı Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı 460 milyon qrivna (təxminən 10,5 milyon dollar) vəsaitin mənimsənilməsində ittiham edib. Sabiq məmur isə ittihamları rədd edir.