“Aqil Abbasın Qarabağa göndərdiyi tələbə-inşaat dəstəsi” - VİDEO
0
Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 28-ci buraxılışının yazılı variantını təqdim edir.
Moskva od içində...
– Çox qaynar bir həftə yaşayrıq. Moskva od içindədir. Moskva yanır. Mütəxəssislərin hesblamasına görə, bu, son illərin ən güclü dron hücumlarındandır. Lakin məncə Moskva Napoleonun hücumundan sonra belə bir yanğın yaşamamışdı. Bildiyiniz kimi, Napoleon Moskvanı işğal eləmişdi və Kremlin qüllələrindən yanan şəhərə baxırdı. İndi bütün dünya monitordan Moskvanın yanmasına və onun səmasındakı qapqara tüstülərə baxır. Ardınca Zelenskidən açıqlam gəlir – Ukrayna yanırsa, Moskva da yansın və rus xalqı özünü bizim kimi müharibənin içində hiss etsin, qoy bizim nə çəkdiyimizi görsünlər və müharibəni dayandırmaq üçün öz hakimiyyətlərinə təzyiq göstərsinlər. Hesablamalara görə, Rusiya əhalisinin 60 faizi müharibənin əleyhinədir, lakin bu və ya digər səbəblərdən öz iradəsini nümayiş etdirə bilmir. İnadırıc rəqəmdir. Heç vaxt mütləq çoxluq Ukrayna dağıntıları ilə razılaşa bilməz. Belə bir vəziyyətdə bizi həm də Moskvada yaşayan azərbaycanlıların taleyi düşündürür. Qeyri-rəsmi məlumatlara görə orada bir milyon yarıma qədər azərbaycanlı yaşayır və demək, bombalar həm də soydaşlarımızın üstünə yağır. Son məlumatlara görə yaralananlar da var. Dünyada nə baş verir-versin bir ucu gəlib mütləq Azərbaycana toxunur. Bir yandan da düşünəndə başqa bir variant görmürsən. İşğalın qarşısını almaq üçün Moskvanın təhdid altında qalması ən vacib şərtə çevrilib. Yoxsa nə xalq iradəsi, nə də maddi-mənəvi itkilər və insan itkiləri Putin hakimiyyətinə təsir göstərə bilər. Bu, rus şovonisti Solovyovun verişində səslənən fikirlərdə də görünür. Ukraynaya hücum, Ukraynanın hücumu qalıb bir tərəfdə, bunlar PUA-ları çəkib-yayanlara hücum çəkir. Öldürülməlidr, sürgün edilməlidir, cəzalanmalıdır. Yəni görmə, eşitmə və danışma. SSRİ-ni dağıdan yalanları bir daha tirajlanan görürük. Solovyovun məntiqi ilə biz Kombaconun baş naziri ilə görüşdə zarafatlaşan, deyib-gülən Putin boyda lideri qoyub, Moskvanın üstündəki qara tüstülərə inanmamalıyıq. Əks halda vətən xainiyik! Ya ölməli, ya da Rusiytadan çıxb getməliyik.
ABŞ, İran və Ermənistan...
– Tramp kapitulyasiyadan danışır, İran qələbəsini qeyd edir. Məlum müqvilədəki bəndlri oxuyanda isə şəxsən məndə belə bir sual yarandı: bu müharibə niyə başlamışdı? İran elə bunları əvvəl də deyirdi də. Bir ABŞ və müttəfiqlərinin ödəyəcəyi 300 milyardlıq təzminat söhbəti yenidir ki, Trampın belə rahat pul verəcəyinə də inanmaq olmur. Ümumilikdə isə sülhdən söhbət gedə bilməz. Hələ qarşıda 60 günlük, belə deyək, sınaq müddəti var. Üstəlik, İranın ali dini lideri Müctəba Xomeneyi məsuliyyəti İran prezidenti Pezekişayının üzərinə atmış kimi görünür. Halbuki hamımız İranda prezidentin elə bir səlahiyyət sahibi olmadığını çox yaxşı bilirik. İranla müharibə qaniçən hakimiyyəti nəinki zəiflətmədi, əksinə daha da gücləndirdi və SEPAH-ın funksionallığını artırdı. SEPAH isə Avropa Birliyi tərəfindən terrorçu təşkilat kimi tanınır. Üstəlik, danışıqlarda İsrailin mövqeyi heç nəzərə alınmır. Belə bir vəziyyətdə hansı sülhdən söhbət gedə bilər? Mən sizə balaca bir statiskia demək istəyirəm. Bu günlərdə Ermənistan gömrüyündə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 143 qadına məxsus təbii saç tutulub. Məlum olub ki, bu, indiyədək eyni məzmunlu 11-ci cinayətdir və bu vaxta qədər 600-dən artıq qadına aid təbii saç tutulub. Təbii, əgər Ermənistanda da eyni qaniçən Köçəryan hakimiyyəti olsaydı, heç bu hadisə açılmayacaqdı. Ehtimala görə, bu saçlar yanvar ayında İrandakı etiraz aksiyalarında öldürülən qadınların saçlarıdır. Belə bir ölkənin ABŞ-la razılığa gəlib, geniş fəaliyyət göstərməsinin qonşular, o cümlədən Azərbaycan üçün nə demək olduğunu təsəvvür eləmək elə də çətin deyil. Bir ayandan da İran Ermənistana ABŞ qoşunlarının gəlməyi ilə bağlı nota verib. Məlum müqaviləyə əsasən İranın ətrafında ABŞ qüvvələri məhdudlaşdırılır. Ermənilər İranın razılığı olmadan onlara hər hansı bir şərait yaradarsa, qarşıdurma qaçılmazdır. Bu isə dolayı yolla Tramp dəhlizinin açılmasına öz təsirini göstərir. Ermənistanın özündə isə revanşist qüvvələr daha da güclənib. Onlar parlamentdə kifayət qədər səs qazanıblar və Paşinyanın sülh uğrundakı işlərinə ciddi əngəl törədə bilirlər. Paşinyan da onları şəkinmədən hədələyir, hətta açıq-açığına hamısını məhv edəcəyini söyləyir. Bütün hallarda bizim nəinki “a”, “b”, “c”, bütün əlifva boyu vatriantlarımız olmalıdır. Azərbaycanın qüdrətli bir dövlət kimi dayanması artıq Ermənistanın təkcə xarici yox, daxili siyasətinə də təsir edir və bizim gücümüz sülhpərvər qüvvələrin Paşinyan ətrafında daha sıx birləşməsinə rəvac verir.
Əlvida, Zəhra...
– Həftənin ən kədərli hadisəsi 17 yaşlı Zəhranın faciəvi ölümü oldu. Bu, sadə bir ailə faciəsi deyildi. Çünki qızın atası Fərhad Mehdiyev tanınmış hüquqşünasdır, vəkildir. Özü isə bloqqer idi. Buna görə hadisə mətbuatda da, sosial şəbəkələrdə də geniş əks-səda doğurdu. Mən müşahidə apardıca yeniləşən azərbaycanlı ailəsində ata və övlad arasındakı dərinləşən anlaşılmazlığı gördüm. Xüsusən qız övladları ilə. Şəxsən mənim də həmişə müdafiə etdiyim azadlığın, məcbur etməmənin bəzən faciəvi sonluqlara aparıb çıxardığını gördüm. Bəzən doğrudan da ailə dəyərlərinə önəm verməyin zərurətini anladım. Bir də bəzi sosial şəbəkə istifadəşilərinin ikiüzülülüyünü müşahidə etdim. Zəhra demişdi ki, ata, indi bloqqerlər hüquqşünaslardan da çox pul qazanır. Düz deyirdi və Zəhra kimi gənclərə həmin pulu qazandıran həm də bizik. Ekranda bir gənc xanımın qanunları pozan addımları, gənclik adrenalini bizim üçün maraqlı əyləncədir, lakin ağır nəticələr verəndə hamımız müdrik görkəm alıb nəsihətə keçirik. Ən dəhşətlisi, övladların azad seçiminə çox güclü ictimai təzyiq gördüm. Sanki çoxu hadisəni bəhanə edib, öz içindəki despotu üzə çıxarırdı. Heç hazır deyilmişik belə məsələlərə. Düşüncəmizdə azadlıq modeli tam formalaşmayıbmış. Gedişat göstərdi ki, bütün baş verənlərdən Fərhad bəyin özü qədər ağıllı nəticə çıxaran olmadı. Onun paylaşımları, bir növ öz auditoriyası ilə dərdini bölüşməsi məni çox təsirləndirdi. Tövsiyələri çox ciddi idi: övladlarınıza vaxt ayırın, onlara nəzarət edin. Qədərində nəzarət övladın azadlığını məhdudlaşdırmır. Heç bir qadağa qoymadan, nəyisə izah edərək də, başa salaraq da nəticəyə çatmaq olar. Fərhad bəy məhz bunu bacarmadığına təəssüfünü bildirir. Bu mövzuda çox danışmaq olar, lakin mətləbi uzatmaq istəmirəm. Tanrıdan Fərhad bəyə səbir, övladına isə rəhmət diləyirəm.
Aqil Abbasın tələbə-inşaat dəstəsi...
– Yazıçı, millət vəkili Aqil Abbasın bir zaman elədiyi çıxış yenə sosial şəbəkələrdə trendə çevrildi. Aqil müəllim deyir ki, tələbə-inşaat dəstələri yaradılsın və yay aylarında Qarabağda gedən tikinti işlərində könüllü işləsin. Başa düşmürəm, burada pis nə var ki, adamlar buna görə millət vəkilinin üstünə bu qədər sərt şəkildə hücuma keçirlər. Uzağı belə bir cavab verərsən: guya qanuni işləyəndə düz-əməlli əməkhaqqı verirlər, indi də gedib könüllü işləyək? Vəssalam! Bəs bu qəzəb, nifrət, söyüş nədir? Böyük ehtimalla Aqil müəllimin millət vəkili olması ilə bağldıır. Sanki üst-üstə yığılan hirsi-hikkəni çıxarmağa məqam tapıblar. Hüquqşünası, millət vəkili Erkin Qədirlinin təbirincə desək. Bu gün Azərbaycan parlamenti tale yüklü məslələri həll etmək iqtidarında deyil. Demək, deputatların da əlində elə ciddi bir səlahiyyət yoxdur. Biz onsuz da ciddi bir iş görə bilmirik, lakin heç olmasa, faili-muxtar çevrədə yaxşı insan ola bilərik. Aqil müəllim məhz belə admlardandır. Özündən asılı olan işlərdə onu xeyirxah görmüşəm. Əmin olun, çox zaman bizi qabağa aparan məhz bu epizodik yaxşılıqlardır. Yəni, biz çox zaman epizodik yaxşılqlar ümidinə qalan insanlarıq. Aqil Abbas isə belə məqamlarda həmişə sadə insanların yanında olub. Onu otuz ildir tanıyram, minlərlə insana müxtəlif istiqamətlərdə təmənnasız kömək etdiyini görmüşəm. Deməyim odur ki, insanları tanımalıyıq. Bu, başqa seçimlərdə də bizə kömək edər. Əgər biz yaxşı insanı pis insandan ayırmasaq, ən böyük arzularımız arzu olaraq qalacaq.
Könül Xasıyevanın biədəb lətifəsi...
– Xalq artisti Könül Xasıyevanın bir çıxışını gördüm, xeyli də güldüm. Konsertində bir lətifə danışır. Çox biədəb olduğu üçün burda təkrara edə bilmirəm. İstəsəniz internetdə axtarıb tapa bilərsiniz. Əlbəttə, lətifə danışmaq, hətta biədəb və açıq-saçıq lətifə danışmaq qadağan deyil, lakin bir şərtlə: harada, nə dediyini biləsən! Könül Xasıyevanı istedadlı bir ifaçı kimi haradasa otuz ildir tanıyıram. Lakin bu otuz ildə onun bir addım da qabağa getdiyini görməmişəm. Hətta oxuduğu şeirlər də dəyişməyib:
Ana, ağrın alım dur məzarından,
Al qoynuna bir də mənə laytla de.
Doğrudanmı onun ətrafında sözü normal bilən bir adam yoxdur, desin ki, Könül xanım, bu misralar potuz il oxunacaq qədər yaxşı misralar deyil. Şeir yoxdur ölkədə? Məhz bu, Mirzə Cəlilin təbiri ilə desək, öz üzrəində işləməməklik, başı toylardan pul yığmağa qarışmaqlıq gətirib bu yerə çıxarır ki, hansı sözü səhnədə, hansı sözü tay-tuş arasında deməyin ölçüsünü itirirsən. Və mərhum bəstəkarımız Vasif Adıgözəlovun dahiyanə şəkildə dediyi fikrin canlı sübutuna çevrilirsən: “Azərbaycan musiqinin ən böyük faciəsi, səhnə ilə toyxananın qarışıq düşməsidir!”
Şair Qabil necə deyirdi:
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz!
Lakin məncə, Viktor Hüqo daha dərin deyib:
“Dalğa gəminin kənarında gözəldir, içində fəlakətdir!”