Ru
12:45 / 10 Oktyabr 2019

AQTA-nın rüşvət alan əməkdaşları HAKİM QARŞISINDA

2321
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rüşvət almaqda təqsirləndirilən sektor müdiri Elvin Nağıyev və sektorun məsləhətçisi Araz Qazıyevin cinayət işi məhkəmə prosesi başlayıb.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, məhkəmə baxışı oktyabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq və AQTA-nın birgə məlumatına əsasən , Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri Elvin Nağıyevin həmin sektorun məsləhətçisi Araz Qazıyevlə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat və eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаlarına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər