Ru
18:08 / 29 İyul 2025

Ata miras üstündə oğlunu güllələyib ÖLDÜRDÜ - FOTO

Ata miras üstündə oğlunu güllələyib ÖLDÜRDÜ - FOTO
Eye

Türkiyədə ata miras üstündə yaranan mübahisə zamanı iki oğlunu güllələyib. Nəticədə onlardan biri ölüb, digəri isə ağır yaralanıb.

Bakupost.az Habertürk-ə istinadən xəbər verir ki, hadisə Adananın Seyhan bölgəsində baş verib. Məlumata görə, 69 yaşlı kişi 42 yaşlı Nihat və 34 yaşlı Mesut adlı oğullarına odlu silahla atəş açıb.

Şahidlərin sözlərinə görə, atanın belə bir addım atmasına səbəb mirasın bölüşdürülməsi ilə bağlı yaranan mübahisə olub. Atəş açdıqdan sonra o, oğullarına təpiklə zərbələr endirib. Bu anlar ərazidəki müşahidə kameralarına düşüb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Nihatın həyatını xilas etmək mümkün olmayıb. Mesut isə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Cinayəti törədən ata hadisə yerinin yaxınlığında saxlanılıb. O, polis bölməsində dindirildikdən sonra həbs edilib.

Polis hadisə yerindən qaçan ikinci şübhəlinin axtarışlarını davam etdirir.

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar