Ru
21:58 / 19 Mart 2026

Atası ilə şəklini paylaşdı - FOTO

Atası ilə şəklini paylaşdı - FOTO
Eye

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo Portuqaliyada qeyd olunan Atalar Günü münasibətilə sosial media hesabında vəfat edən atasını yad edib.


Bakupost.az xəbər verir ki, 41 yaşlı hücumçu instaqram hesabında ailəsi və atası ilə olan fotosunu “Haradan gəlmişəm və kimin üçün yaşayıram. Atalar Günün mübarək” qeydi ilə paylaşıb.

Qeyd edək ki, Ronaldonun paylaşımında ən diqqətçəkən məqam 2005-ci ildə, cəmi 52 yaşında vəfat edən atası Joze Dinis Aveiro ilə gənc yaşlarında çəkilmiş arxiv fotosu olub.

Məlumat üçün bildirə ki, onun atasl Madeyra adasındakı yerli “Andorinya” klubunda avadanlıq meneceri işləyib və oğlunun futbol karyerasına başlamasında həlledici rol oynayıb. Qaraciyər çatışmazlığından dünyasını dəyişən Aveiro oğlunun “Mançester Yunayted”dəki ilk iki ilini görə bilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar