Avropa Komissiyasının resursları genişmiqyaslı kiberhücum nəticəsində sıradan çıxıb.
"Bakupost" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilib ki, qurum əməkdaşlarının şəxsi məlumatları sızıb.
Məlumata görə, sistemlərdə yaranan nasazlıqlar artıq 10 gündən çoxdur davam edir.
Ehtiyat tədbiri olaraq Avropa Komissiyası bir neçə tətbiqin fəaliyyətini müvəqqəti dayandırıb. Nasazlıq yaranan sistemlər arasında əməkdaşların əməkhaqqı vərəqələrini əldə etdiyi, məzuniyyət üçün müraciət etdiyi və iş vaxtı cədvəllərini doldurduğu "Sysper" kadr platforması, eləcə də tibbi xərclərin kompensasiyası üçün nəzərdə tutulan "MyPMO" xidməti də var.
Hazırda tətbiqlərin əksəriyyətinin fəaliyyəti bərpa olunub. “Sysper” və “MyPMO” həftənin əvvəlində yenidən istifadəyə verilsə də, çərşənbə günü “Sysper” platformasında yenidən problem yaranıb.
Dilay, BakuPost