"Avroüçlük" ölkələri - Böyük Britaniya, Almaniya və Fransa İrana bildiriblər ki, İslam Respublikası ABŞ ilə birbaşa danışıqlara razılıq verərsə, BMT Təhlükəsizlik Şurasının İrana qarşı "Snapback" mexanizminin bərpasını təxirə salmağa hazırdırlar.
Bakupost.az "Mehr nyus"a istinadla xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib.
"Avropalıların "snapback" üzrə moratoriumun uzadılması ilə bağlı İran və ABŞ arasında birbaşa danışıqlara dair şərti çox qəribədir. Bu gün üç Avropa ölkəsinin qeyri-qanuni hesab etdiyimiz şərti var. Onlar bizdən özü sazişdən çıxmış bir ölkə ilə danışıqlar aparmağımızı istəyirlər", - o deyib.
Mohacerani İranın öz maraqları əsasında ABŞ ilə danışıqları davam etdirmək barədə qərar verəcəyini bildirib.