Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası boyüklüyündə dolu yağıb və maşınların, evlərin və müəssisələrin şüşələrini sındırıb.
BakuPost xarici mətbuata istinadla xəbər verir ki, Qrimpi şəhərindən Brisbenin cənubuna qədər yaşayış məntəqələri üçün "nəhəng dolu və dağıdıcı küləklər" barədə xəbərdarlıq edilmişdir. Oxşar hava şəraiti ilə Kvinslendin cənubundakı Sanşayn-Kost bölgəsinin sakinləri qarşılaşıblar. Eyni zamanda, ştatın digər bölgələrində saniyədə 16 metrə qədər güclü külək qeyd edilib.
Verilən məlumata görə 20000-dən çox əhali elektriksiz qalıb.