Ru
14:42 / 18 May 2026

Avtomatlı şəxslər Paşinyanı təhdid etdilər

Avtomatlı şəxslər Paşinyanı təhdid etdilər
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı təhdidlərin yer aldığı video ilə bağlı cinayət işi başlanıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bir qrup şəxs tərəfindən qətlə hazırlıq, kompüter təxribatı və odlu silah-sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri başlanıb.

Onların şəxsiyyətinin müəyyən edilməsi üçün ilkin istintaq aparılır.

Qeyd edək ki, mayın 18-də sosial şəbəkələrdə yayılan videoda əli avtomatlı silahlı şəxslər Ermənistan və qondarma “Artsax”ın bayraqları fonunda Baş nazir Nikol Paşinyana qarşı təhdid səsləndirərək, onu ölümlə hədələyiblər.

Videoda Paşinyana xitabən “hər şeyə görə cavab verəcəksən” deyilir.

Baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının seçkiqabağı kampaniyası zamanı videoya cavab verib. Baş nazir onu təhdid edən şəxslərin məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar