Ru
11:51 / 25 May 2026

Aylıq gəliri bundan çox olan ailələrin sosial yardımı dayandırılır

Aylıq gəliri bundan çox olan ailələrin sosial yardımı dayandırılır
Eye

Aylıq gəliri 1250 laridən çox olan ailələr sosial cəhətdən həssas şəxslərin vahid məlumat bazasından çıxarılacaq.


Bakupost.az Tezadlar.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib.


Sənədi Baş nazir Irakli Kobakhidze mayın 7-də imzalayıb. Məlumdatda deyilir:“Ölkədə yoxsulluq səviyyəsinin azaldılması və əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi tədbirləri haqqında” hökumət qərarında bildirilir ki, məlumat bazasında qeydiyyatda olan ailənin əməkhaqqı formasında əldə etdiyi vergiyə cəlb olunan gəlir hesabat ayından əvvəlki son 3 ay ərzində ailənin hər bir üzvünə hesablandıqda aylıq 1250 lariyə bərabər və ya ondan çox olarsa, həmin ailənin sosial-iqtisadi vəziyyəti qiymətləndirilmədən bazadakı qeydiyyatı dayandırılacaq.


Xatırladırıq ki, 1250 lari 800 manata ekvivalentdir! Azərbaycanda isə adambaşına ehtiyac meyarı 300 manatdan götürülür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar