Ru
14:48 / 05 Dekabr 2022

12 milyardlıq korrupsiya: monqollar hökumət binasına basqın etdi - VİDEO

1824

Monqolustanın paytaxtında etirazçılar son korrupsiya qalmaqalına görə Hökumət Sarayına basqın ediblər.


Bakupost.az "Baza" Teleqram kanalına istinadən xəbər verir ki, nümayişçilər Ulan-Batorun mərkəzinə toplaşıblar və təhlükəsizlik qüvvələri onların Hökumət Sarayına ilk hücum cəhdini dəf edə bilib. Lakin etirazçılar dağılışmır və hələ də binaya daxil olmağa çalışırlar.


Xəbərə görə, xalq hakimiyyətdən 12 milyard dollar dəyərində kömürü oğurlayan şəxslərin cəzalandırılmasını tələb edirlər.


Qeyd edək ki, etirazlara qədər ümumilikdə 12,9 milyard dollar dəyərində oğurlanmış kömür barədə məlumat yayılıb. Onun Monqolustandan Çinə ixrac edilməsi nəzərdə tutulurdu. Həmçinin media Çin tərəfinin oğurluqda iştirak edən siyasətçilərin məlumatlarını hakimiyyət orqanlarına göndərdiyini bildirib.


Zaur

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər