Ru
14:55 / 14 May 2022

200-ə yaxın şəxs peşə-əmək reabilitasiyasına cəlb olunub

1159
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə bu il əlilliyi olan 200-ə yaxın şəxs qəbul olunub.

Bu barədə Bakupost.az -a Nazirlikdən xəbər verilib.


Bildirilib ki, ümumilikdə isə ötən ildən qəbul olunan şəxslər də daxil olmaqla bu il burada 250-dən çox şəxsə xidmətlər göstərilib.

Müasir tələblərə uyğun şəraitin olduğu Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir.

Burada kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.

Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir.

Hazırda Peşə-əmək Reabilitasiyası Mərkəzində 191 gəncə peşə hazırlığı və peşə reabilitasiya xidmətləri göstərilməkdə davam edir.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər