Ru
22:22 / 21 Aprel 2026

3-cü ixtisas qrupu ləğv olunur? - Abituriyentləri nə gözləyir?

 3-cü ixtisas qrupu ləğv olunur? - Abituriyentləri nə gözləyir?
Eye

Son günlər 3-cü ixtisas qrupunun ləğv olunacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə, xüsusilə abituriyentlər arasında çaşqınlıq yaradaraq geniş müzakirələrə səbəb olub.

Statistik göstəricilərə görə, bu il qəbul imtahanlarının II mərhələsinin 1-ci cəhdi üçün 3-cü ixtisas qrupu üzrə iştirakçı sayının ötən illə müqayisədə xeyli azaldığı müşahidə olunur. Bu da təhsil ictimaiyyəti tərəfindən həmin ixtisas qrupunun tədricən aktuallığını itirməsi və bəzi plan yerlərinin boş qalması ehtimalı kimi dəyərləndirilir.

Eyni zamanda, Təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikir də bu istiqamətdə müzakirələri daha da artırıb. Nazir bildirib: “Yaxşı hüquqşunas olmaq üçün nəyə görə tarixi riyaziyyat fənnindən daha yaxşı bilmək lazımdır? Cəmiyyət bunu müzakirə etməlidir”.

Bu açıqlama 3-cü ixtisas qrupu üzrə mümkün dəyişikliklərin gündəmdə ola biləcəyi barədə ehtimalları daha da gücləndirib.

Qəbul imtahanına yaxın dövrdə ixtisas qruplarında hər hansı dəyişikliklərin edilməsi mümkündürmü?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı yaranan suallara təhsil eksperti Məzahir Məmmədli aydınlıq gətirib:

Gülsüm Baxşəliyeva,
BakuPost


Şərhlər
  • Sultan İbrahimov

    Evvela Salam. Bu ne deyişiklikdi?!,axirda xarabaxana eleyeceksiz bu tehsili. Leğv elemekdense ballari aşaği dusurun bir az. Bu qeder usaq eziyyet cekir Tarix oxuyur,sizde goturub cixartirsiz. Tarix vacibdi,tarixi bilmeyen dövlətini bilmeyendi! Bu tehsili quranda bir az duz qurun. Oyuncag deyil bu usaqlar. Gece gündüz oxuyuruq eziyyet cekirik.

  • Ləman Hüseynova

    Məncə çıxarılsına çox yaxşı olar. Mən riyazyatı yaxşı bilirəm amma tarixi yox mən isə hüquq şumas olmaq istəyirəm tarixə görə qərar verə bilmirəm

  • Nuray Paşayeva

    Mənim fikirimcə öz tariximizi bilməliyik ümumi tarixi çıxatsalar daha yaxşı olar

  • Xanım Vəliyeva

    Belə çıxır ,3 cü qrup olmasa gələcəkdə nə bizim hüquqşünast ,nə tarix,nə Dil - ədəbiyyat müəllimlərimiz olnamalıdır.Bu sənətləri nə ilə əvəz edəcəklər?Nə dərəcədə düzgündür?

  • Şakir Quliyev

    Mən 3 cu qrup fənninə hazırlaşıram amma tarix fənni çıxarılsa yaxşı olar həm ədəbiyyati həmdə tarixi oxumaq abituriyentler üçün çətin olur

  • Ziya Məmmədov

    Buda təzə yarandı!?Hansısa fənni,hansısa qrupdan çıxartmaqdansa,3 cü qrupun ixtisas ballarını aşağı endirin.Demirsiz tarix abituriyentlər üçün ağır fənndir.Onda balları aşağı endirin.Hər il yeni imtahan modelləri çıxır.Bu bizim nailiyyətimizdi??Azərbaycan bununla hara gedir???

  • Kazimova Farize

    Heç bir işiniz duz deyil!!!

  • Gülayə Həsənova

    Öz tarixini bilməmək cəmiyyətdə nələrə səbəb ola bilər heç düşünürsüz.Tarix xalqın dilidir yaddaşıdır.Tarixi unutmaq özünü unutmalıdır.

  • ErA

    Zənnimcə,Tarix 3-cü qrupu çətin edə bilər.Amma tam çıxarılması düzgün olmaz.Sadəcə,bir tələbə kimi tarix mənə yük edir.

  • Gumus Husuyeva

    3cu qrup ucun yox mence 2ci qrup ucun tarux fennini cixartmalidirlar cunki 2ci qrup ancaq riyaziyyat teleb edir tarix yox bu meseleye baxilsin.

  • .

    Tarix çıxarılsın ama riyaziyyat salinmasin onun yerine.

  • Fəridə quliyeva

    Məncə tarix fənninin çıxarılması yükü endirə bilər uşaqlarda

  • Zəhra Məmmədli

    Mütləq təhsil üzrə mütəxəssislər təhsildə ciddi dəyişikliklər etməlidirlər

  • Xəlilova Mətanət

    3 cu ixtisas qrupu həmişə dolu olub dolu da olacaq.bu nə mifdir.subbakalavra bir dənə yer qalmir.

  • Həmidova Aynurə

    Keçmişini bilməyən gələcəyini qura bilməz. Tarixi silmək olmaz. Təhsil Nazirliyi ilə DİM əməkdaşlıq etməlidir ki, təkmilləşmə də baş tutsun.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar