IV Şuşa Qlobal Media Forumuna blogerlərin dəvət olunması sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır.
Bakupost.az xəbər verir ki, forum iştirakçılarından olan bloger Kamran Razmovar ünvanına səslənən tənqidlərə videomüraciətlə cavab verib.
O bildirib ki, artıq üç ildir CBC kanalında çalışır və fəaliyyətini yalnız blogerliklə məhdudlaşdırmaq düzgün deyil.
Kamran Razmovar, həmçinin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkərək, səhifələrinin ümumilikdə 3 milyard baxış topladığını bildirib.
“Elə bir adam göstərin ki, səhifələrində 3 milyard baxış olsun və ölkəsini layiqincə təmsil etməsin”, – deyə o vurğulayıb.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda jurnalistlərlə yanaşı, bir sıra bloger və rəqəmsal kontent istehsalçıları da iştirak edib. Məhz bu məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Elnur,
Bakupost
Baxış beş milyard da, daha çox da ola bilər! Əvvəla, Xankəndidə Universitet də olduğu halda Media Forumu nədən orada keçirilməyib? Artıq, 4cü Şuşa forumu hələ də ilkin 28 may 1918ci il Azərbaycan Xalq Cümuhürriyyəti olduğu tanınb, qəbul edildiyini həmin Üç milyarda yayımlamayıb? Eləcə də, təkrarən (azad buraxılmş SSRİdən sonrakı) müstəqil Azərbaycan və hüquqi mübarizəsi haqqına baxışlar hansı təsəvvürü, təfərrüatı verib? 2 Avqust 1992 ci ildə Azərbaycan BMT üzvlüyünə rəsmən ilkin hansı dövlət bütövlüyü, xəritəsi və atributları ilə qeydə alınıb? Hər Konstitusion haqqı-say beynəlxalq ədalət hüququna uyğunmuşsa, nədən Azərbaycan Ermənistana Sülh təklifi etməli olur? Bir daha Azərbaycan xalqının, dövlətinin hansı haqq-hüququ gizlədilir? BMT TŞ və Hüquq Mühakiməsi, Avropa İttifaqı, ATƏT, AŞPA nədən Ermənistanı qətiyyətlə ayrılmaaz dövlətlər arası hüquqlara dəvət etmir? Azərbaycanın (büdcəsindən də yüksək tezliklə ödənməyəcək iri) sərmayələrinə ramən hansı formal siyasi etiraz, *cığallıqlar* gərıkmiş ki, 33 illik Hərbi genosid Cinayətkarı Ermənistana qarşı ciddi ərazi, iqtisadi və digər tam tarixi və gələcək bərpa təzminatına cavabdeh olsun, ya...? Kimin ulu-ilahi Müqəddəslik hüququ varmış ki, on min nəfərdən çox müxtəlif və günahsız əhal qruplarını kütləvi hərbi genosidlə məhv etsin, sərt-ciddi mühakimədən azad etsin? Elə, həmin kütləvi cinayətlərə qarşı cəzasızlıq (*ortaqlıq*) hərbi təcavüz və müharibələrin davamına rəvac verir, acımasız şərait yaradır? n, hüququnu gizlədəcək