Ru
16:44 / 30 May 2024

36 mindən çox insan öldü - Müharibənin 237-ci günü

36 mindən çox insan öldü -  Müharibənin 237-ci günü
Eye

Qəzzada son 24 saatda ölənlərin sayı 53 nəfər artaraq 36 min 224-ə çatıb.

Bakupost.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 237 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 hücum həyata keçirdiyi və bu hücumlarda daha 53 fələstinlinin həyatını itirdiyi, 357 fələstinlinin isə yaralandığı bildirilib.

Bununla da ölənlərin sayının 36 min 224-ə, yaralıların sayının isə 81 min 777-yə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.


Elnur
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar