Ru
23:02 / 09 Sentyabr 2026

Zelenskinin təyyarəsi PUA zərbəsinin bir addımlığında... - Norveç rəsmisi açıqladı

Zelenskinin təyyarəsi PUA zərbəsinin bir addımlığında... - Norveç rəsmisi açıqladı
Eye

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının mümkün hücumu səbəbilə təhlükə ilə üzləşib.

"Bakupost" xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe Zelenskinin Norveçə səfəri zamanı NRK telekanalına açıqlamasında deyib.

Ukrayna Prezidenti Osloya Norveç Kralı Haraldın dəfn mərasimində iştirak etmək üçün gedib.

Səfər çərçivəsində Zelenski və Störe Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, o cümlədən “Patriot” sistemləri üçün raket-interseptorların tədarükünü müzakirə ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar