Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:56 / 20 İyun 2024

4 nömrəli Doğum evində qazidən rüşvət aldılar - Araşdırmalara başlanıldı - VİDEO

6154
Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunub.

Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

İddia olunur ki, Sevinc adlı tibb bacısı qazidən qızı doğulduğu üçün pul istəyib.

"Bu birinci doğuş üçün çox azdır. Qarabağda döyüşmüsən lap yaxşı. Kişisən də, vuruşmalı idin" deyə bildirib.


Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırma aparılır.


"19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. 19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib".


Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəkdir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar