Ru
15:10 / 03 Oktyabr 2022

5-10 layk xatirinə belə şübhəli videoları paylaşırlar - Ekspert

2806
Sosial mediada Azərbaycan hərbi qulluqçuları tərəfindən guya erməni əsirlərin atəşə tutulmasına dair görüntülər paylaşılıb.

Ermənilər bu görüntülərdən istifadə edərək, beynəlxalq aləmdə anti-Azərbaycan təbliğatını gücləndiriblər. Lakin əksər ekspertlər bu görüntülərin saxta olduğunu və indiki məqamda qəsdən yayıldığını bildirirlər.


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, videonun şübhəli olduğu birmənalıdır:



"Çünki orada əsgərin geyimləri, xüsusilə də dəbilqələri aidiyyatı bölmələrimiz tərəfindən istifadə edilməyib. Digər tərəfdən, daşlıq-qayalıq ərazidə bu qədər yaxın məsafədən atəş açmaq peşəkara yaramaz. Ona görə ki, mərmilərdən hansısa biri daşa dəyərək geri qayıdıb atəş açanın özünə ziyan verə bilər. Böyük ehtimalla bu, quraşdırma videodur. Kifayət qədər şübhəli məqamlar var. Hazırda məsələ Baş Prokurorluq tərəfindən araşdırılır".


Ə.Verdiyev qeyd edib ki, cəmiyyətdə əsgərlərimizin müsbət addımlarına qarşı böyük laqeyidlik mövcuddur:


"Nədənsə yaralanan erməni əsgərlərinə yardım göstərən, onu hospitala apararaq həyatını xilas edən Azərbaycan əsgərini paylaşmaqdansa, belə şübhəli videoları 5-10 layk xatirinə paylaşırlar. Bu tamamilə yanlış addımdır. Ermənistan öz maraqlarına uyğun olaraq zəfər qazanmış Azərbaycanı dünyada fərqli konteksdə təqdim etmək istəyir. Belə videoları paylaşmaqla Ermənistanın əlinə xal vermiş oluruq. Bəzi sosial media istifadəçilər hətta bundan məmnundur və buna haqq da qazandırır. Lakin başa düşmürlər ki, bunlar düşmən tərəfə lazım olacaq materiallardır. Ordumuzu təbliğ etmək üçün "n" qədər müsbət addımlar var. Dünyada ləyaqətlə mübarizə aparan Azərbaycan əsgərinin nüfuzuna xələl gətirmək üçün düşmən tərəfi, yaxud daxilimizdə olan düşmənlər ortaya belə bir videomaterial atır və insanlarımız da bunu dünyagörüşün azlığından, savadsızlıqdan öz məcralarında dəyərləndirir. Sonda da bu materiallar yalnız düşmənə xeyir verir. Ona görə də öz işini ləyaqətlə yerinə yetirən əsgərlərimizə dəstək olmalıyıq. Belə lazımsız materiallarla onların həyatını, təhlükəsizliyini, hətta azadlığını belə şübhə altına qoymamalıyıq".


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər