Ru
21:53 / 10 İyul 2025

AB-dən Əliyev-Paşinyan görüşünə - MÜNASİBƏT

AB-dən Əliyev-Paşinyan görüşünə - MÜNASİBƏT
Eye

Avropa Birliyi (AB) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəkləyir.

Bakupost.az Report-a istinadən xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

Onun sözlərinə görə, AB iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.

“AB daha əvvəl 2025-ci ilin martında Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb”, - Hipper qeyd edib və vurğulayıb ki, hazırkı görüş regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addımdır.

“Tərəfləri sülh sazişi layihəsinin imzalanması və ratifikasiyasına mümkün qədər tez keçməyə çağırırıq. Tərəflər istəyərsə, AB əlavə dəstək və ekspertiza təmin etməyə hazırdır”, - AB nümayəndəsi bildirib.

Qeyd edək ki, iyulun 10-da BƏƏ-nin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında iki ölkə arasında sülh gündəliyinin müzakirəsi üzrə görüş keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar