Ru
22:12 / 26 Avqust 2026

Elşad Əliyev canlı efirdə etiraf etdi: Biz öldürdük! - VİDEO

Elşad Əliyev canlı efirdə etiraf etdi: Biz öldürdük! -  VİDEO
Eye

Yusif Orucovun qətlində iştirak edən Elşad Əliyev canlı efirdə cinayəti etiraf edib. Qeyd edək ki, Sədərək döyüşlərinin iştirakçısı, Şərur rayon Dərə kənd sakini Yusif Barı oğlu Orucovun müəmmalı qətli ilə bağlı şok hadisə yaşanıb.


"Bakupost" Kanal32.az-a istinadən xəbər verir ki, 1995-ci ildə şəxsi zəmində Yusif Orucovu qətlə yetirən şəxslərdən biri Elşad Əliyev SƏS.TV-nin canlı efirində qətlin təfərüatını etiraf edib.

Belə ki, Elşad Məcid oğlu Əliyev 1995-ci ildə qardaşı Elxan Məcid oğlu Əliyev və onun Elnur adlı kirvəsi ilə "Nərimanov" metrostansiyası yanında Yusif Orucovu avtomobilə mindirərək, Hövsan qəsəbəsində tullantıların atılması üçün nəzərdə tutulan yerdə bıçaqlayaraq öldürməsini etiraf edib.

O, bunu vicdan əzəbı çəkməsi ilə əsaslandırıb. Elşad Əliyev bildirib ki, cəzamız nədirsə, çəkək, bu məsələni gənclərin öhdəsinə buraxmayaq.

Verlişdə Elşad Əliyev onu da bildirib ki, qardaşı Davud Əliyev Yusifi öldürdükdən sonra atası Barı kişiyə bu qətl hadisəsini araşdırmaması üçün saxta məktub göndərib. Yusif atasına guya yazıb ki, mən Türkiyədə PKK-ya qoşulmuşam, məni axtarmayın.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar