Ru
17:00 / 24 Noyabr 2022

ABŞ ordusu Feysbuk və İnstaqramda saxta hesablar açdı

6494
ABŞ ordusu Feysbuk və İnstaqramda saxta hesablar açıb.

Bakupost.az xəbər verir ki, Meta şirkəti paylaşımların Əfqanıstan, Əlcəzair, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Somali, Suriya, Tacikistan, Özbəkistan və Yəmən kimi bir sıra ölkələrə hədəflədiyini bildirib.

Qrafika və Stenford İnternet Rəsədxanasının müstəqil tədqiqatçıları tərəfindən yazılan hesabatda hesabların Qərbyönlü və Rusiya əleyhinə mesajlar yaydığı, insanları ABŞ hərbi saytlarına yönləndirdiyi bildirilib.

Şirkət saxta hesablar vasitəsilə edilən paylaşımların uğursuz olduğunu açıqlayıb:

“Paylaşımların çoxu böyük reaksiya almayıb. Hətta onlardan bəziləri avtomatlaşdırılmış sistemlər tərəfindən aşkar edilərək aradan qaldırılıb”.

Aynur,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər