Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:06 / 21 Oktyabr 2024

Ağır iş, maddi çətinliklər, stress... - İnsanları daha nələr aqressivləşdirir?

1276
Son vaxtlar ictimai yerlərdə - küçədə, nəqliyyatda və s. məkanlarda insanların bir-biri ilə kobud davranışı və aqressiv münasibətinin şahidi oluruq. Cəmiyyətdə sosial problemlərin çoxalması insanların aqressiv olmasına şərait yaradır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan psixoloq Vəfa Əkbər bildirib ki, mümkün qədər artıq uzun olması insanlarda aqressivlik yaradır:

"Əgər təməl təlabatlar ödənmirsə, bu, aqressiya yaradır. Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Nifrət hissi isə aqressiyanın yaranmasına səbəb olan amillərdən biridir. İnsan nifrət etdiyi fərdlərlə daim ünsiyyətdə olanda, məcburiyyət qarşısında qalıb istəmədiyi işlə məşğul olanda aqressivləşir. Sevgisizlik, yaxınları və ətrafında olan insanlardan soyuq, kobud münasibət görən, istənməyən insanlar da aqressiv olur. Hər insan aqressiyasını müxtəlif cür büruzə verir. Bəzi insanlar daxilindəki aqressiyanı, əsəbi gizlədə, özünü idarə edə bilir, yəni susmağı bacarır. Ətrafındakı insanları incitmir, daxilindəki aqressiya ilə ancaq özünə zərər verir. Amma bəzi insanlar daxilindəki aqressiyanı gizlədə bilmir, ətrafa ötürür. Ətrafındakı insanlarla kobud davranır, səbəbsiz yerə dava salır, dalaşır, hətta qətl belə törədir”.

V.Əkbərin sözlərinə görə, əsəb, stress yaradan insanlar və ortamdan mümkün qədər uzaq durmaq lazımdır:

“Baş verən hadisələrə mümkün qədər reaksiyaya verməməyə, emossiyaları cilovlamağa çalışmaq lazımdır. Aqressiv insandan uzaq durmaq, onun öz əsəbini qarşı tərəfə yönəltməsinə imkan verməmək lazımdır. Əgər insanlar aqressivləşmək istəmirlərsə, hadisələrə tez reaksiya verməməlidirlər. Aqressiya insanın emosional hissidir və bunu idarə etmək onun öz əlindədir. İnsan gərək özünü müsbətə kökləməyi bacarsın. Çünki aqressiya ilə problemi aradan qaldırmaq, onu həll etmək mümkün deyil. Əksinə, məsələyə aqressiya ilə yanaşanda vəziyyət daha kritik hədd alır”.

Sevinc,
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar