Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Aİ-nin Rusiyaya qarşı 9-cu sanksiyalar paketini hazırladığını bəyan edib.
Bakupost.az xəbər verir ki, Von der Leyen Bauhaus tədbiri üçün səfər etdiyi Helsinkidə Finlandiya Baş naziri Sanna Marin, Estoniyan Baş naziri Kaja Kallas və İsveç Baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib.
Aİ Komissiyasının sədri konfransda Rusiyanın hücumlarını qınayıb və 9-cu sanksiya paketi haqqında danışıb:
"Mən bu gün elan edə bilərəm ki, biz 9-cu sanksiya paketi üzərində tam sürətlə işləyirik. Əminəm ki, çox yaxında biz G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin maksimal qlobal qiymətini təsdiq edəcəyik".
Aynur,
BakuPost