Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:10 / 04 İyul 2024

Ailə-məişət davaları: "70 faiz hallarda kişi günahkardır" - Açıqlama

2550
Azərbaycanda ailə-məişət zəminində münaqişələrin sayı artıb. Demək olar ki, hər gün mediada baldızın kürəkəni, qadının yeyib-içdiyi kişini, kişinin isə qısqandığı arvadı və s. bıçaqladığı haqda xəbərlər yayılır.

Bu cür hadisələrin sayının artmasının səbəbi nədir?



Bakupost.az -ın sualını cavablandıran sosioloq Əhməd Qəşəmoğlu ölkədə sosial sahəyə aid lazımi araşdırmalar aparılmadığını bildirib.

O, mürəkkəbləşən cəmiyyətin elmə, maariflənməyə ehtiyacı olduğunu deyib:

“İndiki dövrdə cəmiyyəti elmsiz qoymaq böyük fəsadlar törədir. Burda elmi təminat xidməti olmalıdır. Bu isə bizim cəmiyyətdə aşağı səviyyədədir. Ona görə də hər gün sadaladığınız hadisələrlə rastlaşırıq”.

Sosioloq bu cür hadisələrin qarşısını almaq üçün ərazilər üzrə sosial işçilərin ayrılmasını təklif edib:

“Ərazilərdə sahə müvəkilləri ilə yanaşı, üç nəfər də peşəkar sosial işçilər təyin olunmalıdır. O işçilər proflaktik söhbətlər edə və belə hadisələrin qarşısını ala bilərlər”.




Psixoloq Zeynəb Əyyubova isə saytımıza açıqlamasında ailə-məişət hadisələrinin 70 faiz hallarda kişilərin günahı üzündən baş verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan qadını xoşbəxt olmaq istəyir, ailəcanlı olur, amma kişilər bunun qarşısını kəsir:

“Nə qədər ki kişilərinin gözü çöldədir, onlar öz qadınları deyil, başqa qadınların arxasınca gedəcəklər, onda Azərbaycanda ailə sistemi dağılacaq, ailə məsuliyyəti qalmayacaq. Mənə müraciət edən qadınların əksəriyyətinin problemi xəyanət, məsuliyyətsizlik, kişinin evə bağlı olmamağıdır. Kişi xəyanət edir, qadınların da hərəsi buna bir cür reaksiya verir. Yaxud kişi qısqanclıq zəminində xanımına əziyyət verir, aralarında mübahisə düşür. Ancaq ayrılmaq istəyən qadına qarşı reaksiyalar sərt olur. Bunun qarşısını yalnız Azərbaycan kişisi ala bilər. Oğlanlara düzgün tərbiyə verməliyik ki, sabah onlar da ailə başçıları kimi eyni səhvləri təkrarlamasınlar”.
Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • Naza

    İlk önce dövlət yeni qanun qəbul etməlidir, evli insanlarla ünsiyyət quranlara heps cəzası verilməlidir, eyni ilə evliyken başqası ilə görüşən adamlara da heps cəzası verilməlidir, fərqi yoxdur qadın yaxud kişidir, tik tok bağlansın, sosial şəbəkələrdə özünü hərraca çıxaran qadınlarin qarşısı alınsın, universitetkerde etika, ailə dəyərləri fənni tədris edilsin, orta məktəblərdə ailə fənni tədris edilsin, orta məktəblərdən qəbul planı istəyirlər xeyir orta məktəblərdən həyat planı istəsinlər,

  • əli nəzəri

    həm sosioloq həm də adını psixoloq qoyan bu qadın çox primitiv,heç bir əsası olmayan fikirlər söyləyir,sosioloq təklif edir ki,“Ərazilərdə sahə müvəkilləri ilə yanaşı, üç nəfər də peşəkar sosial işçilər təyin olunmalıdır. O işçilər proflaktik söhbətlər edə və belə hadisələrin qarşısını ala bilərlər”.Bu nə qədər absurd,nə qədər gülməlidir!Psixoloq isə 70 % kişiləri günahkar saydı,o bunu necə ölçdü,haradan bildi ki,məhz qadınlar günahkar deyil.Bütün bunlar ona görə baş verir ki,hər ikisi bu sahədə diletantdırlar,problemin kökündən xəbərləri yoxdur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar