Ru
14:00 / 10 May 2024

Almatı görüşü: üst-üstə düşməyən maraqlar - ŞƏRH

Almatı görüşü: üst-üstə düşməyən maraqlar  - ŞƏRH
Eye

“Almatıda Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında görüşdə regional kommunikasiyaların açılması məsələsi erməni tərəfinin diqqətinə çatdırılacaq. Gözlənilən də odur ki, Qazaxıstanda Azərbaycan və Ermənistan arasında kommunikasiya xətləri, delimitasiya və demarkasiya, sülh müqaviləsinin mətni müzakirə edilər bilər”.



Bunu politoloq Zaur Məmmədov Bakupost.az -a bildirib.

O qeyd edib ki, erməni tərəfinin kommunikasiya xəttlərinin açılması ilə bağlı mövqeyini ortaya qoyacağı gözlənilir:

“Təəssüf ki, burada geosiyasi qüvvələrin üst-üstə düşməyən maraqları var. Bu da Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə birbaşa maneədir”.

Politoloq hesab edir ki, Azərbaycanın işğalda saxlanılan kəndlərinin təhvil verilməsi ilə bağlı erməni tərəfi səssiz olmalıdır:

"Eyni zamanda Ermənistan Konstitusiyasının və gerbinin dəyişdirilməsi ilə bağlı erməni xalqı öz mövqeyini bildirməlidir. Bununla da Ermənistan Azərbaycana qarşı ərazi iddialarından həmişəlik əl çəkməlidir".

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar