Ru
21:51 / 02 May 2024

"Almatıda çərçivə sazişi müzakirə oluna bilər” - Açıqlama

4061
Xəbər verdiyimiz kimi, Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə dair yeni razılaşma əldə olunub. Nazirlərin növbəti görüşünün Almatıda keçiriləcəyi təsdiqlənib. Rəsmi İrəvan Almatıda görüşünə hazır olduğunu bəyan edib. Eyni qaydada Azərbaycan tərəfi də bu görüşün keçirilməsinə razılıq verib.




Görüşü şərh edən politoloq Zaur Məmmədov Bakupost.az -a bildirib ki, artıq tərəflər arasında çərçivə sülh sazişinin imzalancağı ilə bağlı müsbət məqamlardan danışılır. Almatıda onun mətni üzərində müzakirələrin aparılması ehtimalı böyükdür:

“Gözlənilən Almatı görüşünün müzakirə mövzusu delimitasiya və demarkasiyanın hansı xəritələr üzərində aparılmasını nəzərdə tutmur. Bu daha çox sülh müqaviləsinin mətni olacaq. Sülh müqaviləsinin mətnində bəzi məqamlar var ki, bu tərəfləri qane etmir. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Yekun sülh müqaviləsinin isə imzalanmasından danışmaq hələ tezdir. Çünki Ermənistanın qanunvericilik aktları, simvolları dəyişdirilməyib. Ermənistan bu dəyişiklikləri etdikdən sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Eyni zamanda delimitasiya və demarkasiya işləri də Ermənistanın bu maneələri ilə birbaşa bağlıdır. Ermənistan konstitusiyasını, gerbini dəyişmədiyi halda Azərbaycanla bu ölkə arasında Qazaxdan başqa digər bölgələrdə və sərhədlərdə tam olaraq sərhəd xəttinin dəqiqləşməsindən söhbət gedə bilməz”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər