Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov vəzifəsindən azad edilib.
“Bakupost”un bununla bağlı daha əvvəl yaydığı məlumat bu gün rəsmi olaraq təsdiqlənib.
***
28:07:26 - 13:53
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.
“Bakupost”un məlumatına görə, bununla bağlı direktorun ərizəsi alınıb. Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.
Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı - zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.
Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.
Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür.
Azər, BakuPost
Fotoda: Elnur Azadxanov