Ru
19:58 / 10 Avqust 2024

Anasından alışqan istədi, dava saldı - Həbs edildi

Anasından alışqan istədi, dava saldı - Həbs edildi
Eye

Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.

Belə ki, 1985-ci ildə Göyçay şəhərində anadan olmuş P.C. içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.

Qadın övladının hərəkətlərindən əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

P.C. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.C. barəsində 8 gün müddətə inzibati həbs tətbiq olunub.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar